Xəbər lenti
Ümid Partiyasının namizədi Sahib Alıyevi debata çağırdı

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində iştirak üçün 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədr müavini Tamilla Qulami keçmiş deputat Sahib Alıyevi debata çağırıb.
O, bildirib ki, Sahib Abıyev onun barəsində xoşagəlməz sözlər danışır: "Sahib Alıyev görüşlərində mənim haqqımda nələrsə danışır, nələrsə deməyə cəhd edir. Sahib Alıyevə müraciət edirəm! Nə demək istəyirsinizsə, nə sözünüz varsa, buyurun, mənimlə debata gəlin! O cümlədən, sözügedən dairədə namizədliyini irəli sürmüş və ya debatda olmaq istədiyiniz hər bir namizədin əvəzinə sizinlə debata hazıram. Gəlin, xalqın qarşısında - istənilən kənddə və yaxud da istənilən görüşdə debata çıxaq. Həm Tərtər problemlərini, onun həlli yollarını, həm də millət vəkili necə olar, onu danışaq"
Qeyd edək ki, Ümid Partiyasının sədr müavini Tamilla Qulaminin təbliğat və təşviqatı davam edir. Tamilla Qulami Xoruzlu kəndində seçiciləri ilə görüşüb. Görüşdən öncə kəndin Şəhidlər Abidəsini ziyarət edib, şəhidliyə gül dəstələri qoyub, Milli Qəhrəman Vəzir Orucovun və şəhidlərimizin ruhuna dualar oxuyub, rəhmət diləyiblər. Keçirilən sorğuya əsasən 95 saylı Tərtər Seçki Dairəsində favorit namizəd Tamilla Qulamidir.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar