Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bilal Alarlı:"Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlmiş və əyilə-əyilə də çıxıb getmişlər..."

Tarix: 24-01-2020 19:27     Baxış: 31 062 A- / A+
Bilal Alarlı:"Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlmiş və əyilə-əyilə də çıxıb getmişlər..."

Xəbər verdiyimiz kimi bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək. Hal-hazırda gündəm olan seçki prosesinə ziyalıların münasibəti də müxtəlifdir. Namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı baş vermiş neqativləri diqqətə çatdırmaq, işıqlandırmaq isə vətəndaşın, seçicinin vicdan meyarına bağlıdı.

AYB-nin üzvü, tanınmış şair, Filologiya üzrə fəlsəfə doktoru, Cəlilabad rayonu Alar kənd Rauf Quliyev adına 3 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Bilal Alarlı sakini olduğu kənddə deputatlığa namizədin seçicilərlə görüşündən təəssüratını bölüşüb.

Manevr.az müəllimin fikirlərini olduğu kimi təqdim edir:

"21 yanvarda mərkəzi Alar kəndində yerləşən 68 saylı Cəlilabad seçki dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş Elman Nəsirovla görüş keçirilib. Görüşü "nümunəvi" təşkil etmək üçün Alar kəndindəki 3 orta məktəb bağlanmış, müəllimlər icbari şəkildə Alar 1 saylı tam orta məktəbə gətirilmişlər. 68 saylı dairədən namizədliyini digər partiyalardan irəli sürmüş şəxslər və müstəqil namizədlər üçün oxşar şərait yaradılmamış, əksinə, onların müəllimlərlə görüş üçün məktəblərə buraxılması qadağan edilmişdir.
Beləliklə, müəllimlər rayon təhsil şöbəsinin rəhbərliyi və işçiləri də daxil olmaqla əslən Cəlilabadın Təzəkənd kəndindən olan, lakin bu kənd camaatının çoxdan unutduğu Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlmiş və əyilə-əyilə də çıxıb getmişlər. Görüşdə yadda qalan çıxışı Alar bələdiyyəsinin 90 yaşlı sədri Bağış Mustafayevin çıxışı olmuşdur. Ağsaqqalın çıxışı sürəkli alqışlarla qarşılanmışdır. Elman Nəsirov görüşün sonunda əyilərək ağsaqqalın qüsullanmış əllərindən öpmüşdür. Bundan başqa, bir neçə əyilməyi bacaran Alar kənd sakininin də çıxışı maraqla qarşılanmışdır. Nəticədə, həmin gün Alar kəndindəki orta məktəblərdə dərslər əyilmiş, şagirdlər də əyilə-əyilə çıxıb evlərinə getmişlər.

P.S. Cəlilabad rayon təhsil şöbəsini deputatlığa namizəd Elman Nəsirov beləcə əydi, qaldı İcra hakimiyyətini və bələdiyyəni əymək!

ŞƏKİLDƏ: Əyilmiş Alar kənd 3 saylı tam orta məktəbinin "möhtəşəm" binasını görürsünüz. Elman Nəsirov söz verib ki, təkrar deputat seçiləndən sonra bu məktəbi sökdürüb yerində üçmərtəbəli yeni korpus tikdirəcək."

Manevr.az
Bilal Alarlı:"Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlmiş və əyilə-əyilə də çıxıb getmişlər..."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar