Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İtaliya mediasında erməni yalanlarını ifşa edən məktub...

Tarix: 22-01-2020 21:33     Baxış: 3209 A- / A+
İtaliya mediasında erməni yalanlarını ifşa edən məktub...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca De Maionun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Qanlı 20 Yanvar hadisələri ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən, ölkəmizə qarşı qərəzli və yalan məlumatların yer aldığı “Ermənilərin Azərbaycan tərəfindən gizlədilən qətliamı” adlı məqaləsi dərc edilib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “La Verita” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu tam şəkildə dərc olunub. Səfirin cavab məktubunda bildirilir: “Mətbuatın italyan oxucularına çox da tanış olmayan tarixi məqamlara diqqət ayırması həmişə maraqlıdır. Ancaq təəssüflə bildiririk ki, cavab hüququndan istifadə etməklə dərc olunmasını xahiş etdiyimiz bu məktubumun səbəbi müəllifin hadisələri dərindən araşdırmadan Azərbaycan üçün faciələrlə dolu bir tarixi dövrü təsvir etməsidir.

Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, məqalədə müəllifin erməni propaqandasından qaynaqlanan məlumatlarla həqiqətdən uzaq bir şəkildə xatırlatdığı məhz bugünkü 20 Yanvar tarixində Azərbaycan Qara Yanvarın 30-cu ildönümünü anır. Ermənistanın bu propaqandasının məqsədi Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış, çağdaş tarixdə Azərbaycan xalqına qarşı ən qanlı qırğınlardan biri olan Qara Yanvar hadisələrinin də daxil olduğu faciəli hadisələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin köklərini və mahiyyətini gizlətmək və təhrif etməkdir.

Həqiqət budur ki, 1990-cı il yanvarın 19-u gecə Sovet İttifaqının ovaxtkı prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusunun 30 minə yaxın əsgəri Bakıya doğru irəlilədi. Dəniz də daxil olmaqla, bütün istiqamətlərdən genişmiqyaslı hərbi əməliyyat silahsız sakinləri, istisna edilmədən qadınları, qocaları və körpələri hədəf almağa yönəldilmişdir; hətta təcili tibbi yardım maşınlarının sürücüləri və həkimləri vəhşicəsinə öldürülmüşdür. Zirehli tanklar və hərbi nəqliyyat vasitələri içərisindəki insanlardan asılı olmayaraq mülki və təcili yardım maşınlarını əzdilər. Hücum 147 mülki şəxsin ölümünə, 800-ə yaxın insanın yaralanmasına səbəb oldu.

Qoşunların Bakıya və ölkənin digər şəhərlərinə daxil olmasında əsas məqsəd SSRİ tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın xeyrinə birtərəfli, qərəzli və yolverilməz siyasətə qarşı başlanan dinc nümayişlərin boğulması ilə əhalini susdurmaq idi.

“Human Rights Watch” təşkilatı “Azərbaycanda Qara Yanvar” adlı hesabatında qeyd edir ki, həqiqətən 19-20 Yanvar gecəsində sovet ordusu tərəfindən törədilən zorakılıq azərbaycanlıların göstərdiyi müqavimətə nisbətdə o qədər qeyri-bərabər idi ki, bu, kənardan kollektiv cəza kimi görünürdü.

Qara Yanvar XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın Azərbaycan bölgəsinə ərazi iddiaları və 250 min azərbaycanlının Ermənistandakı tarixi torpaqlarından didərgin salınması ilə başlayan prosesin bir hissəsidir.

Bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladı, bu da Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın 20 faizinin hərbi işğalına, işğal edilmiş ərazilərdə 750 min nəfər azərbaycanlıya qarşı etnik təmizlənməyə və həmin ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdılmasına gətirib çıxardı. Ermənistan beynəlxalq humanitar hüququ ciddi şəkildə pozdu və çoxsaylı müharibə cinayətləri, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə münaqişənin ən faciəvi hadisəsi olan, Ermənistan ordusu tərəfindən 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı soyqırımını törətdi.

Müəllif mövzunu araşdırsaydı münaqişə barədə beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasına, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına dair Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamələr barədə də məlumat əldə edə bilərdi.

Azərbaycan tarixən müxtəlif din və millətlərin sülh və harmoniya içində yaşadığı bir ölkədir və Azərbaycanın multikulturalizm modeli beynəlxalq səviyyədə bir nümunə kimi qiymətləndirilir. Ermənistan istər Ermənistanın özündə, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə aparsa da, həmin ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni irsi məhv etsə də, ölkəmizdə on minlərlə erməni mənşəli vətəndaşlar digər vətəndaşlarla eyni hüquqlara malikdir, Bakının mərkəzində dövlətimiz tərəfindən təmir edilmiş erməni kilsəsi mövcuddur və orada 5 mindən çox erməni dilində kitab qorunur.

Qara Yanvar zamanı, habelə Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən hadisələrin məqalədə verilmiş formada təsviri şəhidlərin xatirəsinə və işğal edilmiş ərazilərdə öz yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum olan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsizlikdir.

Bizim məqsədimiz qəzetinizin adında (La Verita' italyanca həqiqət deməkdir) qeyd olunduğu kimi oxuculara həqiqəti çatdırmaqdır”.

Səfirin dərc olunmuş cavab məktubu ilə bu keçiddən tanış olmaq mümkündür:

https://www.laverita.info/non-criminalizzate-i-martiri-azeri-2644879300.html .

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar