Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Muğanlı-İsmayıllı yolunda hərəkət məhdudlaşıb

Tarix: 26-12-2016 10:52     Baxış: 2367 A- / A+
Muğanlı-İsmayıllı yolunda hərəkət məhdudlaşıb


Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

Manevr.az xəbər verir ki, apa-nın yerli bürosunun xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb.

Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq “İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda dumanlı hava şəraitinin davam etməsi nəticəsində Muğanlı-İsmayıllı yolunda avtomobillərin sürücüləri üçün çətinliklər yaranıb. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.

Qeyd edək ki, ötən gecə İsmayıllı rayonuna 20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 santimetr hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar