Xəbər lenti
KİV: İŞİD-in yeni rəhbəri məlum olub

İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.
Manevr.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bildirib.
Nəşr Əmir Abdel Rəhmanı ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadiyə yaxın şəxs adlandırıb. Dövlət Departamenti onun İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb.
ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.
Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar. Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.
Qəzetin məlumatına görə, məhz o İraqda xristianların məhvinin əsasını qoyub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar