Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi -ŞƏKİLLƏR

Tarix: 20-01-2020 22:45     Baxış: 5630 A- / A+
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi


Ağstafa Regional Mədəniyyət İdarəsi 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlərini davam etdirir. Növbəti tədbirlərdən biri Ağstafa rayon Heydər Əliyev Mərkəzində “20 YANVAR FACİƏSİ- HEYDƏR ƏLİYEV İRADƏSİ VƏ QƏTİYYƏTİ” mövzusunda keçirildi. Tədbir iştirakçıları ilk öncə mərkəzin sərgi salonunda 20 yanvar faciəsinə həsr olunmuş kitab və rəsm sərgisinə tamaşa etdilər.

Konfrans zalında davam edən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov keçmiş Sovet ordusunun 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində törətdiyi qətliama diqqət çəkdi. 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirildiyini vurğulayan natiq xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən söhbət açdı. O qeyd etdi ki, hadisələrin eyni vaxta təsadüf etməsi, erməni işğalçılarının doğma yurdumuza Sovet qoşunlarının köməyi ilə ardıcıl hücümlar etməsi bunun qabaqcadan, məqsədyönlü şəkildə planlaşdırıldığını, ermənilərin mərkəzi hakimiyyət tərəfindən dəstəkləndiyini bir daha təsdiq edir.

20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir.

Vüqar Qədirov, bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim dövlət qayğısı göstərildiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən idarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqaları qeyd etdilər ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həmin gün Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.

Xəyal Nağıyev,
Ağstafa Regional Mədəniyyət İdarəsinin Mətbuat Katibi


Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi
Ağstafada “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar