Xəbər lenti
Şəhidlərimizi ziyarət etmək hər kəsin müqəddəs borcudur
Bu gün ümumxalq hüzn günü olmaqla bərabər, ümummilli qürur günüdür.
Bu faciəli və şərəfli günlə əlaqədar hər il təqvimin məhz bu günü şəhidlər xiyabanında izdiham müşahidə olunur, istər paytaxt sakinləri, istərsə də əyalətdən gələnlər, böyükdən kiçiyə hər kəs şəhidlərimizin məzarlarını ziyarət edir, onların əziz və unudulmaz xatirələri ehtiramla yad olunur. Artıq bu ənənə halını almışdır. Əminəm ki, qərinələr və əsrlər keçsə də, bu ənənə davam edəcək və nə qədər Azərbaycan xalqı və dövləti var bu müqəddəs məkan hər zaman ziyarət olunacaqdır. Təbii ki, təkcə 20 yanvar şəhidlərini deyil, bütün şəhidlərimizi ziyarət etmək hamımızın müqəddəs borcumuzdur. Axı şəhidlər vətən və xalq uğrunda canlarını belə əsirgəməyiblər.
Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilirlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri bu zümrədən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür. Şəhid ailələrinə sayğı və qayğı ilə yanaşmaq hər birimizin müqəddəs vəzifəmizdir. Çünki onlar şəhidlərimizin bizə etibar etdikləri əmanətdirlər. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhları şad olsun və məzarları nurla dolsun!
Firad Əliyev, Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi,
Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri,
ədliyyə müşaviri, hüquq üzrə magistr
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar