Xəbər lenti
“Bizi aldadıb dedilər ki...” - Flora Kərimova 20 Yanvar gecəsindən danışıb göz yaşı tökdü
Xalq artisti Flora Kərimova ATV-də yayımlanan “Şou ATV” proqramında qonaq olub.
Manevr.az xəbər verir ki, sənətçi 20 Yanvar gecəsini xatırlayaraq göz yaşı töküb:
“Neçə illər bu barədə danışmadım. Qarabağın ildönümündə bu barədə qəzetlər yazdı. Borcumu yerinə yetirirdim. Lakin o vaxtlarda mənim bu addımım çox orijinal görünürdü. Sənət adamları isə istehza ilə baxırdılar. Tankın lüləsi düz üzümə tuşlanmışdı. O zaman tank insanların üzərindən keçərək, onları əzdi. Bilmirəm, bəlkə də, tək idim deyə təəccüb etdilər. O dövrdə bir polkovnik var idi. Ona xəbər çatdırdılar ki, bir qadın tankın önünə keçərək, yerindən tərpənmir. Həşirlə gəlib söylədi ki, ola bilməz!
Gözümə heç nə görünmürdü. Qızım Zümrüd balaca idi. Yanımda çalışan Yaqut tək idi. O zaman övladım atasız qalmışdı. Ailənin böyüyü, kişisi, qadını, atası, anası mən idim. Bizi aldatdılar. Dedilər ki, gəlmirlər. Mən o zamanlar Bakının girəcəyində yaşayırdım. O gecə insanların naləsini, silahlardan açılan güllə səslərini eşidirdim.
Dözmədim, heç qızım belə gözümün önünə gəlmədi. Zümrüdü öpüb, çıxıb getdim. Zümrüd atasını itirəndə onu öpürdüm, ona dedim ki, bizim atamız yoxdur. Bu dəfə isə bilmədim nə deyim. Qızıma söylədim ki, bizim əlimizdən alırlar... Zümrüd sual verdi ki, ana, nəyi əlimizdən alırlar? Ona cavab verə bilmədim.
Övlad, qapı-bacası davası deyildi. Nəfəsim çatmırdı. Çıxırdım küçəyə, deyirdim ki, hamısı mənimdir. Gəlirlər, alırlar. Axı necə vermək olar? Bir də şəhidlər. Axı necə durmaq olardı?
Tankın önündə duranda, görünür, çox qəribə görünürdüm. Tank dayandı, tərpənmədi. Əllərimi açıb, sinəmi önə verib tankın önündə dayandım. Söylədim ki, vurursan vur, heç yerə gedən deyiləm!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar