Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi

Tarix: 17-01-2020 18:16     Baxış: 3566 A- / A+
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi

Texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub.

Manevr.az bildirir ki, AMEA-dan apa-ya verilən xəbərə görə, yanvarın 17-də E. Məmmədov AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada çoxşaxəli islahatlara start verilib. Ötən ilin sonunda akademiyanın Ümumi yığıncağının keçirilməsi, elmin mövcud vəziyyətinin obyektiv olaraq qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, intellektual əmək resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində kompleks tədbirlər bu islahatların bariz nümunəsidir. Əminağa Sadıqov bildirib ki, bu tədbirlərin mühüm istiqamətlərindən birini elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi fəaliyyət sahəsində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması kimi məsələlər təşkil edir ki, bu vəzifələrin də icrası bilavasitə İşlər idarəsinin fəaliyyət dairəsinə aiddir. Professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirən AMEA-nın akademik-katibi onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar