Xəbər lenti
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov: İslahatlar təkan verir
Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi, siyasi və kadr islahatları ilə yadda qaldı. 2020-ci il isə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə başlayır.
Manevr.az xəbər verir ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov media.az-a müsahibəsində ölkədə baş verən hadisələri dəyərləndirərək fikirlərini bölüşüb:
“Hesab edirəm ki, müsbət dəyişikliklər baş verir. Həm siyasi, həm də iqtisadi sahədə aparılan bütün islahatları dəstəkləyirəm. Dəyişikliklər həcmlidir, onlar Azərbaycanda son 20 ildə yaradılan əsaslara söykənir.
Gələn qonaqlar ölkəmizdə baş verən dəyişikliklərə heyran qalırlar. İslahatlar iqtisadiyyatın və siyasətin müxtəlif sahələrinə təkan verir. Və bu proseslər əhalinin bütün təbəqələri tərəfindən dəstəklənir. Bütün bu məsələlərin həlli Azərbaycan cəmiyyətində rifahın yüksəlməsinə səbəb olur”.
- Növbədənkənar parlament seçkiləri barədə nə düşünürsünüz? Artıq cəmiyyətin müxtəlif sahələrindən çox sayda namizəd var...
- Əlbəttə ki, bu, artıq öz nəticəsini verən müsbət məqamdır. İctimaiyyət seçkiləri özünü ifadə etmək üçün fürsət kimi qəbul edib. Özlərini siyasətdə sınamaq istəyən gənclərin axını, böyük həvəsi sevindirici haldır. Bu işdə uğurlar diləyirəm.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar