Xəbər lenti
Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”
Almaniya kansleri Angela Merkel Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftarın Liviyada atəşkəsə razılaşmasını “yaxşı xəbər” adlandırıb.
Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu gün Xorvatiyanın Baş Naziri ilə birgə keçirdiyi mətbuat konfransında Merkel bu mövzuya toxunaraq deyib ki, Berlində keçiriləcək Liviya sammitində hər şeydən öncə yenidən silah embarqosu qoyulmasını arzulayır.
Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Heiko Maas bu gün Liviyanın Benqazi şəhərində Xəlifə Haftarla görüşdüyünü bəyan edib. Üç saatadək davam edən danışıqlarda Haftar Türkiyə və Rusiya dövlətlərinin iştirakı ilə hazırlanan Liviyada atəşkəsə dair müqaviləni imzalamaqdan imtina etsə də, mövcud atəşkəsin davam etməsinə razılığını şifahi bildirib. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar