Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Beş ölkə “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb edib

Tarix: 17-01-2020 06:07     Baxış: 3159 A- / A+
Beş ölkə “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb edib

“İran Tehran yaxınlığında Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı hərtərəfli araşdırma aparmağa və ölən sərnişinlərin yaxınlarına kompensasiya ödəməyə borcludur”.

Manevr.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə qəzaya uğrayan təyyarədə sərnişinləri olan beş ölkənin birgə bəyanatında deyilir.

Qeyd edək ki, Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna Xarici işlər nazirləri Londonda görüşərək İran tərəfindən aparılan təhqiqatın gedişatını müzakirə ediblər.

Bildirilib ki, İran hərtərəfli, müstəqil və şəffaf beynəlxalq araşdırma aparmalıdır. Qeyd olunub ki, ölkələr İran hakimiyyətinin əməkdaşlığa hazır olmasını alqışlayır.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar