Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Düşmən tapdağında qalan ata məzarının sızıltısı, Kəlbəcər dərdi..."- Dostun ürək yanğısı

Tarix: 16-01-2020 11:12     Baxış: 4852 A- / A+
"Düşmən tapdağında qalan ata məzarının sızıltısı, Kəlbəcər dərdi..."- Dostun ürək yanğısı

Xatırladaq ki, tanınmış şair-jurnalist Namiq Dəlidağlı dünən Mərkəzi Klinikada ürək əməliyyatı keçirib. Şairin yaxın dostu Taleh Şahməmmədli hadisədən təsirlənərək hisslərini ağrıyla yazıya köçürüb.

Manevr.az ürək yanğısı ilə qələmə alınmış həmin yazını təqdim edir:

"Şair dostum Namiq Dəlidağlı 90-cı illərdə ədəbiyyata gələnlər içərisində ən yaxşı poeziya nümunələrini yaradan istedadlı şairlərdəndir. Bir çox şeirlərinin ilk oxucusu olduğum üçün özümü daha şanslı sayıram və şeirlərini çox bəyənirəm.

Namiq Dəlidağlını bir çoxlarından fərqləndirən təkcə yaxşı şair olması deyil, həm də əsl şair ömrü yaşamasıdı... Namiq doğulub boya-başa çatdığı Kəlbəcərdən didərgin düşəndə ürəyində Kəlbəcər boyda ağır dərd də gətirdi. Bu dərdi ürəyində yaşatdı, böyütdü, sevdi...

Düşmən tapdağında qalan ata məzarının sızıltısı gəncliyindən ürəyində böyük göynərtiyə çevrildi... Bu dərdlər, göynərtilər artdı, artdı... və nəhayət ürəyi üsyan elədi, etirazını bildirdi.. Bu dərdləri daşımaqda zorlandı... Şair ürəyi vaxtsız dara düşdü, yükləndi və "bərpa olunmağa" ehtiyac duydu...

Şair, keçmiş olsun... Şair qəlbi kövrək olsa da, həm də dözümlü olur... İnşallah bundan sonra yenə gənclik şövqü ilə döyünəcək - dərdlərilə baş-başa...

Keçmiş olsun..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar