Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

10 kilometrlik hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib

Tarix: 24-12-2016 21:22     Baxış: 3408 A- / A+
 10 kilometrlik hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib


1972-ci ilin yanvarında Almaniyanın Hermsdorf şəhərində baş vermiş təyyarə qəzasında sağ qalan keçmiş stüardessa Vesna Vuloviç Belqradda 67 yaşında vəfat edib.

“Report” Serbiya KİV-inə istinadən xəbər verir ki, qadın dostların zənglərinə cavab vermədiyinə görə, onlar polisə müraciət edib. Polis əməkdaşları keçmiş stüardessanın evinə baş çəkərək onun cəsədini hamam otağında aşkar ediblər. Qeyd edilir ki, o, bir neçə gün əvvəl vəfat edib.

Vuloviçin ölüm səbəbi dəqiqləşdirilmir, lakin “Večernje novosti” nəşrinin yazdığına görə, onun səhhəti ilə bağlı problemləri olub.

44 il bundan öncə baş verən təyyarə qəzasının səbəbi hava gəmisinin göyərtəsinə keçirilən bombanın partlaması ehtimal edilir. Təyyarə havada partlayıb, göyərtəsində olan 28 sərnişindən isə yeganə sağ qalan Serbiya stüardessası olub. O, paraşütsüz 10160 metrlik hündürlükdən yerə düşərək sağ qalıb. Vuloviç çoxsaylı zədələr və sınıqlar alıb və bir neçə gün komada olub.

1985-ci ildə, qəzadan 13 il sonra Vesna Vuloviçin adı Ginnes Rekordlar Kitabına daxil edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar