Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Konqresindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı BƏYANAT

Tarix: 15-01-2020 09:50     Baxış: 4211 A- / A+
ABŞ Konqresindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı BƏYANAT


ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Manevr.az bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən trend-ə verilən məlumata əsasən, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, ozamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır.

Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir.

Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır.

Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.

Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar