Xəbər lenti 
					
 
		Vilayət Eyvazov rüşvət alan polisi İŞDƏN ÇIXARDI - VİDEO

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.
Manevr.az-ın məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir./unikal.org
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















