Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nərminin qətlinə görə polis də həbs edilib? - DİN-dən AÇIQLAMA - ÖZƏL

Tarix: 11-01-2020 11:32     Baxış: 4298 A- / A+
Nərminin qətlinə görə polis də həbs edilib? - DİN-dən AÇIQLAMA - ÖZƏL

"Sosial şəbəkələrdə İlkin Süleymanova polis qohumunun Nərmin Quliyeva cinayətini gizlətməkdə kömək etməsi xəbəri yalandır".

Manevr.az bu sözləri yeniavaz.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O, sosial şəbəkələrdə yayılan bu tip xəbərlərin yalan olduğunu, Nərmin Quliyeva cinayəti barədə araşdırmaların davam etdiyini bildirib: "Hazırda Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətlə bağlı istintaq aparır. İstintaq başa çatdıqdan sonra qətlin bütün detalları bilinəcək".
Qeyd edək ki, sosial şəbəkələrdə və xəbər saytlarında İlkin Süleymanovun əmisi oğlunun polis olduğu və cinayətin gizlədilməsində ona kömək etdiyi iddiası yer almışdı. İddiaya görə, itən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.
Xatıladaq ki, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin tutularaq istintaqa cəlb edilib.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar