Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırıldı - ŞƏKİL

Tarix: 11-01-2020 10:36     Baxış: 4309 A- / A+
Dağlıq Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırıldı - ŞƏKİL


Bir müddət əvvəl, Avropa İttifaqının (Aİ) "Horizon 2020" proqramının rəsmi internet səhifəsinin "ölkə profilləri" hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin "Nagorno-Karabakh Republic" adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin Horizon 2020 proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.

Qeyd etmək istərdik ki, "Horizon 2020"nin internet səhifəsində yerləşdirilmiş yanlış "xəritə" qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Manevr.az


Dağlıq Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırıldı - ŞƏKİL
Dağlıq Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırıldı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar