Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Hüseynov: "Mənə vəzifə lazım deyildi, göstərdim ki, sifətləri budur"

Tarix: 10-01-2020 21:23     Baxış: 4176 A- / A+
Mehman Hüseynov: "Mənə vəzifə lazım deyildi, göstərdim ki, sifətləri budur"

31 saylı İkinci Seçki Dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd olmuş blogger Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.
O bildirir ki, MSK onun şikayətini obyektiv araşdırmayıb. Blogger həmin 20-dən artıq seçki məntəqəsində səslərin yenidən sayılmasını istəyir. O, bu tələblə MSK-ya müraciət edib. Amma MSK onun şikayətini təmin etməyib. Ona görə də məhkəməyə üz tutub.


Manevr.az xəbər verir ki, yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. M.Hüseynov şikayətində göstərib ki, bundan əvvəl də Qaraçuxur bələdiyyəsinin sədri olmuş, bu dəfə də namizədliyini irəli sürən Ağaqulu Nəcəfov onun təbliğat-təşviqat materiallarını korlayıb. Bloqqer bu barədə video və fotonu da təqdim edib.

"Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlər atıldı: "Karusel" üsulu ilə qrup halında adamlar seçki məntəqələrinə gətirilir, onlar bir neçə məntəqədə səs verirdi. O adamların əksəriyyətinin də həmin dairəyə, məntəqəyə aidiyyəti yox idi. Belə hərəkətlərin hesabına seçici aktivliyi süni şəkildə artırıldı".

Məhkəmədə MSK-nın nümayəndəsi Ramiz İbrahimov bildirib ki, M.Hüseynovun şikayəti obyektiv araşdırıb. Onun sözlərinə görə, həmin dairədə bir neçə seçki məntəqəsinin nəticəsi ləğv olunub. R.İbrahimovun sözlərinə görə, hansı məntəqədə pozuntu aşkarlanıbsa, lazımi addım atılıb. Onun fikrincə, digər məntəqələrdə səslərin yenidən sayılmasına ehtiyac duyulmayıb.

"Mənə vəzifə deyildi, sübut elədim ki, seçkini saxtalaşdırırlar. Bunların sifətini göstərdim. Həmin dairədə bir neçə məntəqədə nəticələri ləğv elədilər. MSK özü də etiraf elədi ki, saxtakarlıq olub. Necə oldu, Mehman Hüseynov bu bələdiyyənin 17 üzvündən biri seçilmədi?", - deyə M.Hüseynov bildirib.

M.Hüseynovun şikayəti təmin olunmayıb. O, Ali Məhkəməyə şikayət edəcək.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar