Xəbər lenti
Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda təsadüfən İran raketi ilə vurulmasını təsdiqləyən müxtəlif məlumatlar var.
Bunu Kanadanın baş naziri Castin Trüdo bəyan edib.
Bundan əvvəl “CBC” telekanalı Vaşinqtonun Ottavaya həmin təyyarə qəzasının İrana məxsus zenit-raket komplekslərindən açılan atəş nəticəsində baş verdiyini sübuta yetirən kəşfiyyat məlumatları ötürdüyünü xəbər vermişdi.
“Son saatlarda insidentlə bağlı bizə vacib məlumatlar verildi. Təyyarənin İrana məxsus “yer-hava” tipli raket ilə vurulmasını ortaya qoyan bir neçə mənbədən əldə olunmuş kəşfiyyat məlumatlarına malikik”, - deyə kanadalı dövlət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əldə olunmuş məlumata əsasən, təyyarə istəmədən vurulub.
Eyni zamanda, Trüdo qəzanın əsl səbəblərini müəyyən etmək üçün nəticə çıxarmağa tələsməməyə, hərtərəfli və şəffaf araşdırma aparmağa çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar