Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Baş nazirdən bu şəxslərlə bağlı VACİB QƏRAR

Tarix: 09-01-2020 18:19     Baxış: 5240 A- / A+
Baş nazirdən bu şəxslərlə bağlı VACİB QƏRAR


Nazirlər Kabinetinin (NK) "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilməsi barədə Qərarı əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır.

NK-nın Mətbuat Xidmətindən verilən məlumata görə, qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən istifadəsi üçün imkanların yaradılması məqsədilə dövlət orqanları qarşısında tələbləri müəyyən edir.

Dəyişikliklərə əsasən, əlilliyi olan şəxslərin İnternet informasiya ehtiyatlarından rahat istifadəsi üçün dövlət orqanları qarşısında qoyulan tələblər aşağıdakılardır:

- mətn olmayan məzmun üçün mətn alternativlərindən istifadə olunmalı, audio və videoməzmunlar üçün transkript, altyazılar yerləşdirilməlidir. Həmçinin şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir.

- mətni oxumaq və istifadə etmək üçün kifayət qədər vaxtın ayrılması və mətnin aydın, ardıcıl olması təmin edilməlidir;

- mətnlərin oxunaqlı olmasına diqqət edilməli, başa düşülən dildən (üslubdan) və böyük şriftlərdən istifadə olunmalıdır.

Bu Qərar əlilliyi olan şəxslərin internet informasiya ehtiyatlarından faydalanma imkanlarını genişləndirərək, onların həmin resurslardan sərbəst, maneəsiz istifadə etmələrinə şərait yaradacaqdır.

Qərarda əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə həmin şəxslər üçün informasiyanın əlçatanlığı, etibarlılığı, idarə ediləbilən və anlaşılan olması təmin ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar