Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədov seçkiyə buraxılmadı

Tarix: 09-01-2020 13:47     Baxış: 5677 A- / A+
İlqar Məmmədov seçkiyə buraxılmadı


REAL Partiyasının sədri İlqar Məmmədov növbədənkənar parament seçkisinə buraxılmayıb.

Manevr.az xəbər verir ki, bunu qaynarifo-ya partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib.

O, qeyd edib ki, deakabr ayının 31-nə kimi İlqar Məmmədovun seçkiyə buraxılması məsələsi həll olunmalı idi: "Çünki Avropa Şurası Nazirlər Komitəsinin qərarı vardı. Bu qərar yerinə yetirilmədi. Və plenumla bağlı heç bir məlumat yoxdur. Nə İlqar Məmmədovu dəvət ediblər, nə də vəkilini. Bu məsələyə də baxılmayıb. Bu yolla Avropa Şurasının Nazirlər Komitəsinin qərarını yerinə yetirməməklə İlqar Məmmədovu və REAL-ın daha iki önəmli şəxsini seçkilərdən kənarda qoydular. Onların seçkilərdə iştirak haqqını tanımadılar”.

Natiq Cəfərli qeyd edib ki, İlqar Məmmədov məsələ ilə bağlı artıq Avropa Şurası Nazirlər Komitəsinə məktubla müraciət edib.

Qeyd edək ki, yanvarın 6-da Ali Məhkəmənin Plenumu keçirilib. Plenum İlqar Məmmədovun məsələsinə mənfi cavab verib. İlqar Məmmədov isə məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar