Xəbər lenti
Tovuzun deputatı Nərminin dəfninə niyə getmədi?
Nərmin Quliyevanın qətli barədə məlumatım var. Sadəcə, xəstəyəm deyə ailəyə baş çəkə bilmədim.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edən Milli Məclisin V çağırış deputatı Rafiq Məmmədhəsənov deyib. O, ağır qrip olduğu üçün bununla bağlı köməkçisinə tapşırıq verdiyini bildirib:
“Köməkçimə tapşırmışam ki, gedib ailəyə baş çəksin”.
R.Məmmədhəsənov N.Quliyevanın qətlini vəhşilik adlandırıb:
“Çox böyük vəhşilikdir. 10 yaşında qız uşağının nə günahı ola bilərdi ki, onu belə vəhşiliklə öldürüblər?! Bu cinayəti törədənlər ermənidən də pisdir”.
Qeyd edək ki, Dondar Quşçu kəndi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə aiddir. Qənirə Paşayeva 105 saylı dairəni təmsil etməsinə baxmayaraq, dəfndə iştirak edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar