Xəbər lenti
"Dünəndən mən də şokdayam" - Aydın Mirzəzadə Nərmindən yazdı

Sabiq millət vəkili Aydın Mirzəzadə Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva ilə bağlı özünün feyzbuk profilində paylaşım edib.
Manevr.az xəbər verir ki, A. Mirzəzadə Nərmin Quliyevanın qətlə yetirilməsinin ona çox pis təsir etdiyini bildirib: "Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi mənə çox pis təsir etdi. Dünəndən bu məlumatı oxuyandan mən də şokdayam. Körpə bir uşağa qarşı belə bir vəhşi hərəkətin edilməsi yolverilməzdir. Bu hadisənin artıq araşdırılmasına başlanılıb, qısa bir zamanda bu cinayəti törədənlərin aşkar edilməsini gözləyirik. Cinayətkarlar ən ağır cəza almalıdırlar. Və sonda. Hörmətli atalar, anlar, babalar, nənələr.Uşaqları həmişə diqqətdə saxlayın, onları gözdən qoymayın, onların çətinliklərindən, problemlərindən daima xəbərdar olun, onları həyatın çətinliklərinə hazırlayın. Vaxtınızın çoxunu onlara sərf edin, onların həyatının ayrılmaz hissəsinə çevrilməyi bacarın".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar