Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məhdud sayda istifadə olunan "sürətlər kralı" - Yarım əsrlik rekord

Tarix: 06-01-2020 19:30     Baxış: 4145 A- / A+
Azərbaycanda məhdud sayda istifadə olunan "sürətlər kralı" - Yarım əsrlik rekord


MiQ-25 qırıcısı "dünyanın ən sürətlisi" adlandırılıb.

Manevr.az trend-ə istinadən bildirir ki, yapon hərbi analitiki Mori Kentaro "Yahoo News Japan"dakı bloqunda yazıb ki, MiQ-25 hələ də yüksək sürətli hərbi qırıcılar arasında dünyada "bir nömrədir".

Məqalədə deyilir ki, qırıcı 1962-ci ildə 80 kilometr radiuslu 500 kilometrlik marşrutda orta saat sürəti 2981.5 km-ə çataraq dünya rekordu qoyub. Ancaq əvvəlki kimi o rekordu heç kim keçə bilməyib.

Qeyd olunur ki, MiQ-25 Sovet İttifaqında 1960-cı illərdə ABŞ-da yaradılan "3M sinifli" hərbi təyyarələrə qarşı istehsal edilib. Bunlara A-12 (SR-71 Blackbird) kəşfiyyat və XB-70 strateji bombardmançı təyyarələri daxildir.

Müəllif mühaəndislərin qırıcının sürət yığması zamanı həddindən artıq yüksək temperatur problemini həll edə bildiklərini, alüminium ərintilərindən fərqli olaraq temperatur və gücə böyük müqavimət göstərən xüsusi polad ərintilər yaratdıqlarını vurğulayıb.

Bundan əlavə, MiQ-25 qalxma sürəti rekordu vurub. Maksimum çəkmə gücü ilə 35.000 metr yüksəkliyə təyyarə 4 dəqiqə 11 saniyəyə çatıb. Həmçinin üzərində böyük radar və vurma məsafəsi 80 kilometrə qədər olan dörd raket quraşdırılıb.

Məqalənin sonunda ekspert, MiQ-25-in qürurla "sürət kralı" olaraq 50 ildir podiumun ən yüksək pilləsini tutduğunu qeyd edib.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya və Azərbaycan tərəfindən istifadə olunmağa davam edilən MiQ-25 hələ də bu iki ölkənin arsenalında məhdud sayda da olsa istifadə olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar