Xəbər lenti
“Erməni millətçiləri Rusiya qanunlarına tüpürür” – tanınmış rusiyalı tarixçi-analitikdən SOS!
“Son vaxtlar Rusiyanın Krasnodar diyarının şəhərlərinin küçələrində, xüsusən də Armavirdə üzərinə “Njde – bizim qəhrəmandır” şüarı yazılmış plakatlar olan avtomobillər tez-tez gözə dəyir. Bu qəbildən avtofleşmobun şəkilləri artıq İnternetdə də peyda olub. Və bütün bunlar müəyyən nəticələrə gəlməyə əsas verir”.
Manevr.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış tarixçi və siyasi analitik Oleq Kuznetsovun rusdilli Vesti.az saytındakı məqaləsində deyilir.
Analitik Njdəyə belə nümayişkaranə şəkildə sevgi izharını ötən ilin noyabrında Armavirdə nasist əlaltısı və cinayətkar Qaregin Njdeyə yerli erməni kilsəsinin ərazisində qoyulmuş lövhənin zorən götürülməsinə radikal erməni millətçilərinin verdiyi reaksiya ilə birbaşa əlaqələndirir. Tarixçi-alim yazır: “Bu hadisə ən müxtəlif səviyyələrdə - şəxsiyyətlər arası, məişət, regional, federal, hətta beynəlxalq səviyyələrdə çoxsaylı konfliktlər yaratdı. Ermənistanın rəhbəri və Rusiyadakı erməni diasporunun başçısı isə az qala ağızları köpüklənə-köpüklənə Kremldən tələb elədilər ki, Moskva heç bir siyasi nəticəyə məhəl qoymadan ermənilərin Njdeni öz qəhrəmanı saymaq haqqına sahib olduğunu rəsmən etiraf eləsin. Rusiya və Azərbaycan mediası zamanında bütün bunlar barədə ətraflı yazıb. Təkrarlamağa lüzum yoxdur. Onu qeyd edim ki, Rusiyanın hökumət qurumları Njdeyə qoyulmuş abidənin sökülməsi işində sarsılmaz qətiyyət göstərdi. Erməni siyasətçilərinin təxribatlarına uymadı, küyünə getmədi və Rusiya FTX-sının (FSB) arxivindən sənədlər dərc elədi. Hansı sənədlər ki, birmənalı şəkildə təsdiq edir ki, Njde – nasist canisidir və İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərə və hitlerçilərlə əməkdaşlığa görə tamamilə qanuni əsaslarda mühakimə edilib. Bununla da Kreml İrəvana göstərdi ki, bu kimi prinsipial məsələlərdə heç bir kompromis mümkün deyil. Ona görə də Qaregin Njde indiyədək necə faşist əlaltısı və erməni nasisti kimi tanınıbsa, əsrin sonuna kimi də belə qalacaq”.
Müəllif ardınca Moskvanın məsələdə prinsipiallığının dünya ermənilyinin qüruruna çox ağrılı zərbə vurduğunu yazır: “Ermənilər Njdenin barelyefinin sökülməsini az qala, ümummilli həqarət kimi qəbul elədilər – hansı ki, Rusiyanın hökumətini və xüsusi xidmətlərini bir elə qayğılandırmır. Di gəl, erməni eqoizmi və eqosentrizmi çıxış yolu axtarırdı və bu da avtomobil fleşmobu şəklində peyda oldu. Krasnodar diyarının erməniləri bununla göstərmək istəyirlər ki, Rusiyanın federal hökumətinin və yerli ictimaiyyətin fikri onlardan ötrü prinsipial əhəmiyyət kəsb eləmir, onlar öz daxili anlayışları əsasında yaşayırlar və yerli vətəndaş cəmiyyətinə inteqrasiya olunmaq istəmirlər, bununla da özlərini ictimai rəyə qarşı qoyurlar”.
Müəllif daha sonra “Njde – bizim qəhrəmandır” etiketlərinə diqqət yönəldir: “Bu şəkillərə diqqətlə baxanda asana görmək və anlamaq olar ki, etiketlər mətbəə üsulu ilə hazırlanıb. Bu isə artıq öz-özlüyündə açıq-aşkar koordinasiyalı, maliyyə və təşkilati mərkəzin mövcudluğuna dəlalət edir. Hansı ki, Rusiya cinayət hüququ nöqteyi-nəzərincə ekstremist birliklər yaratmaq kimi tövsif edilə bilər. Üstəgəl, Njdenin şəkli məhz Armavirdə de-montaj edilmiş barelyefdəki şəklin surətidir. Bu da öz-özlüyündə onu təsdiq edir ki, bu, heç də 1-2 fəalın özfəaliyyəti deyil, sistemli və təşkilati bir hərəkətlilikdir və o səbəbə ona qarşı sistemli əks-tədbirlər tələb olunur. Sərt reallıq belədir ki, Rusiyanın cənub regionlarında erməni diasporunun beyinləri Qaregin Njdenin nasist ideologiyası ilə yuyulan nümayəndələri yetişib. Yəni formal olaraq Rusiya vətəndaşlığı daşısalar da, onlar bu ölkənin patriotları deyillər, əksinə, mənəvi və ideoloji planda onun düşmənləridir”.
Rusiyalı tarixçi-alim məqaləsinin sonunda həm erməni millətçilərinə, həm də Rusiya hökumətinə xəbərdarlıq edir: “Lev Qumilyovun passionarlıq nəzəriyyəsinin hesablamalarını əsas götürsək, - hansı hesablamalara görə ki, əhalinin 5%-i ideoloji anlamda sosial aktiv olur, - o zaman qənaət hasil olar ki, hazırda Rusiyanın Şimali Qafqaz və Cənub Federal dairələrində yaşayan 2 milyon erməniyə nisbətdə bu gün 100 min nasist Njde ideologiyası daşıyıcısı var. Odur ki, Rusiyanın federal hökuməti günü bu gün dilemma qarşısındadır: ya Cənubi Rusiyanın erməni əhalisini millətçi ruhunu dağıtmaq, ya da regionu ermənisziləçdirmək. Bu üzdən Njde ideologiyası daşıyıcıları indidən hara köçmək, Rusiyadan hara emiqrasiya eləmək barədə fikirləşsələr yaxşı olar”.
Xatırladaq ki, bu il mayın 9-da faşist Almaniyası üzərində qələbənin 75 illiyi Moskvada təntənəli şəkildə qeyd olunacaq. Yubiley törəninə Ermənistanın baş naziri, Njde sevdalısı Nikol Painyanın da qatılacağı gözlənilir...“Yeni Müsavat”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar