Xəbər lenti
Nəzakət Məmmədova: "Sanki quldarlıq quruluşunda yaşayırıq..."
"Qasım Süleymanidən çox, mənim üçün Bakıda klinika sahibinin oğlu tərəfindən döyülərək-öldürülən sıravi bir Azərbaycan vətəndaşı olan fəqir gözətçinin həyatını itirməsi yeni ilin ilk pis xəbəri oldu".
Manevr.az xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova Bakıda baş verən məlum cinayət hadisəsinə münasibət bildirərək deyib. Sonra politoloq hiddətini gizlətməyərək, fikrini belə davam etdirib:
"Gözətçinin 58, onu öldürən qatilin 31 yaşı olub. Atası yaşda, özündən 27 yaş böyük adama əl qaldıran vəhşi hansı tərbiyənin məhsuludur?! İşçiyə kölə kimi baxmaq düşüncəsi bu millətdən olan sahibkarların ən böyük qüsurudur. Sanki quldarlıq quruluşunda yaşayırıq, sahibkar ağadır və işçiyə - nökərə nə istəsə edə bilər, onu öz şəxsi əşyası kimi görə bilər. Cüzi maaş verdiyi insana qul kimi baxmaq nə müsəlmançılıqla, nə dünyəvi qanunlarla bir araya sığmır. Marketlərdə, digər müəssisələrdə işçiyə minimum əmək haqqında nəzərdə tutulan ən aşağı maaş verib, ona qul kimi davranmaq düşüncəsi hakimdir. Özü işçiyə qul, nökər kimi baxan sahibkarların hakim olduğu cəmiyyətdə nəinki insan haqları, demokratiya, mənəviyyat, adi insani dəyərlərin belə olduğu heç bir xoşgörü hakim ola bilməz. Axı, qarşındakı da bir insandır, vətəndaşdır, bir insanın maddi ehtiyacı olmasından, ailəsinə çörəkpulu aparmaq ehtiyacının olmasından istifadə edib ona bu cür davranmaq Allaha xoş getməz. Allahdan qorxmursansa, qanunlardan qorxun, vicdanınınz onsuz da yoxdur, olsa bunları etməzsiniz! Mənim əlimdə hökm olsaydı, bir işçiyə belə haqsızlıq etmiş, qanunsuz davranmış müəssisənin rəhbərinə ən ağır cəza verərdim! Kapitalizm bu deyil, kapitalizmin də öz qanunları, əmək münasibətlərinin ölçüsü-ədəbi var. Bu, vəhşilikdir, istismardır! İndi görək, qanun bu klinika sahibinin oğluna nə cəza verəcək. Növbəti məhkəmə şousunu açıq elan edirəm!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar