Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Adı siyahıda olmayan YAP-çı deputat qızının namizəliyindən DANIŞDI

Tarix: 01-01-2020 19:23     Baxış: 3323 A- / A+
Adı siyahıda olmayan YAP-çı deputat qızının namizəliyindən DANIŞDI

Beşinci çağırış Milli Məclisin depuatı olmuş Tahir Süleymanov 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının budəfəki yeni namizədlər siyahısında Tahir Süleymanovun adı yer almayıb.

O saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşdığını deyib:

“Partiyamızın və onun sədrinin qərarı müzakirə olunmazdır. Partiyanın hər bir qərarı mənim üçün əsasdır. Başqa söhbət ola bilməz”.

Tahir Süleymanov qızının müstəqil namizəd olaraq seçkilərə qatılacağı xəbərlərinə də münasibət bildirib:

“Qızımın deputatlığa namizədliyini verməsi xəbəri yalandır. Kimlərsə yalandan şaiyə buraxıblar. Həmin dairədən bir nəfərin namizədliyi irəli sürülüb. Kim seçiləcəksə, ona uğurlar arzulayıram”.

Qeyd edək ki, mətbuatda Tahir Süleymanovun yerinə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən onun yeganə övladı - Kəmalə Süleymanovanın iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. İxtisasca həkim olan eks-deputatın qızı uzun illər Şabran rayon xəstəxanasında baş həkimin müavini çalışır.

Tahir Süleymanov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi parlamentdə 54 saylı Şabran-Siyəzən seçki dairəsini təmsil edirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar