Xəbər lenti
Azərbaycandan Türkiyəyə turist axını artıb

2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarına düşən payı 2,89 faiz təşkil edib.
Qeyd edilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 842,057 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,89 faiz çoxdur.
2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 1,96 faiz təşkil edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar