Xəbər lenti
"Mənim xalqım, mənim millətim, ulu Azərbaycan soyu yaşayır..."- Mübariz Mənsimovdan bayram təbriki
Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə dünya azərbaycanlılarına təbrik ünvanlayıb.
Manevr.az təbrikin mətnini təqdim edir:
“Dünyada 50 milyondan çox Azərbaycanlı, mənim soyumdan, mənim daşımdan olan insan yaşayır. Sizin hər biriniz xalq qədər böyük, hər biriniz bir böyük xalqın təmsilçisiniz. Əsrlər boyu müxtəlif imperiyalar bizi bir-birimizə bağlayan telləri, bizi vahid xalq edən yaddaşımızı, bugünümüzü və gələcəyimizi silmək, ana dilimizi bizlərə unutdurmaq üçün əllərindən gələni etdilər. Amma sovet imperiyası süquta uğrayanda Güney və Quzey azərbaycanlıların tikanlı sərhədləri sökərək bir-birinə qucaq açıb bağrına basmaları sübut etdi ki, millətimə, vətənimə qarşı qurulan bəd niyyətlər yaşamadı. Mənim Vətənim isə, mənim millətim isə, mənim xalqım isə nəinki yaşadı, hətta ayaqüstə dayandı, inkişaf etdi, irəli getdi. Şahidiyik ki, Güney Azərbaycanda bir soydaşımızın burnu qanayanda, futbol stadionlarında “Qarabağ bizimdir, bizim olacaq” şüarı səslənəndə ən biganə azərbaycanlının damarlarında belə qanı coşur, can bir-qan bir olduğumuz qardaş-bacılarımızın müdafiəsinə qalxır, səslərinə var gücü ilə səs verir. Bu, fəxrdir, qürurdur, bu, Azərbaycan xalqının möhtəşəmliyi və əzəmətidir. Bizə sübut etməyə çalışırlar ki, kiçik xalqıq. Əsla belə deyil və heç zaman olmayacaq. Biz şərq dünyasına ilk demokratiyanı bəxş edən qurucu-atalar vermiş, biz həyatın bütün sahələrində imzaları ilə dünyanı fəth etmiş dühaları və dahiləri vermiş, biz yüksək mədəniyyəti və mənəviyyatı ilə bütün zamanlarda digərlərindən üstün olmuş Azərbaycan xalqıyıq. Bunları yalnız və yalnız böyük xalq bacara bilər. Və bu, son deyil. Mənim xalqım, mənim millətim, ulu Azərbaycan soyu yaşayır. Bütün bunların cəmi bir sirri var: bu da bizim həmrəy olmağımızdır. Bütün təzyiqlərə, təpkilərə, təqib və məhrumiyyətlərə rəğmən Azərbaycan xalqı həmişə istiqlal və azadlıq aşiqi olub. Bu məhəbbət 50 milyonluq xalqın hər bir nümayəndəsinin qəlbində yaşayır və bu alovu heç kim söndürə bilməyəcək. Çünki, biz, Azərbaycanlılar, həmrəyik. Həmrəylik yolu uzun, ağır, çətindir. Amma bu yolu getmək şərəflidir və hər birimizin müqəddəs borcudur. Bunu heç vaxt unutmayaq. Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir, yeni – 2020-ci ildə millətimizin, xalqımızın ucalığı uğrunda savaşlarda hər zaman hər birimizə həmrəy olmağı, hər birinizə sarsılmaz can sağlığı, ailə səadəti, bol-bol ruzi-bərəkət arzu edirəm!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar