Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranlı ekspertin Azrbaycan əleyhinə açıqlaması - erməni KİV-ə danışdı

Tarix: 23-12-2016 08:49     Baxış: 5317 A- / A+
İranlı ekspertin Azrbaycan əleyhinə açıqlaması


İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra cənub qonşumuzdan Azərbaycana yönələn təhdid dolu mesajların ardı-arası kəsilmir. İrandan gələn budəfəki hücum məşhur politoloq Bəhram Əhmədianın vasitəsilə oldu. Belə ki, İran Prezidenti Həsən Ruhaninin İrəvana səfərindən sonra bu gün Ermənistanın “1in.am” saytına açıqlama verən Əhmədian İsrail-Azərbaycan münasibətlərinə toxunub.

Axar.az xəbər verir ki, Tehranın Azərbaycanın milli maraqlarına zidd getdiyini görməzdən gələn politoloq əvəzində heç nə olmamış kimi Bakını İranın maraqlarına hörmətlə yanaşmağa səsləyib. Maraqlıdır ki, İsraili “işğalçı” adlandıran Əhmədian nədənsə öz din qardaşlarının torpağını işğal edən başqa bir dövləti eyni adla çağırmaqdan çəkinib:

“İran Azərbaycana qonşu olan dövlət kimi istəyir ki, qonşuları onun milli maraqlarını nəzərə alsınlar. Azərbaycan xarici siyasətdəki yanlış İran təhdidi fikri ucbatından daima çalışır ki, xarici qüvvələrdən dəstək alsın. Hazırkı məqamda bu qüvvələr ABŞ və onun regional tərəfdaşı İsraildir. İran İsraili dövlət kimi tanımır və Fələstin məsələsi ucbatından onu işğalçı rejim adlandırır. Bunun da məntiqi nəticəsi olaraq İran və şiə müsəlmanlar dünyanın ikinci şiə dövləti olan Azərbaycanın onların İsrailə emosional münasibətini nəzərə alacağını düşünür. İran ABŞ və İsraildən başqa dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlərə malikdir. İran Azərbaycan və İsraildən qorxmur. İran Azərbaycana cavab verməyəcək, ona görə ki, bu münasibətlərə ciddi yanaşmır. Lakin İran həmişə çalışır ki, problemlərin diplomatik yolla həllini tapsın. Azərbaycan şiə əhalisi olan müsəlman ölkəsidir. Buna görə də İran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir, lakin İran heç vaxt bu potensialdan yararlanmayıb”.

Maraqlıdır ki, İranda cəmi 16 milyon fars qarşılığında 40 milyon Azərbaycan türkünün olduğunu unudan və Azərbaycanın İranı min illərlə idarə etmiş bu böyük qüvvədən istifadə imkanlarına heç toxunmayan iranlı politoloq “şiə faktorunu” qabartsa da, nədənsə “şiə azərbaycanlıları” qətlə yetirən, şiə məscidlərini donuzxanaya çevirən, 1 milyon şiəni yurd-yuvasından didərgin salan xristian Ermənistanla “qardaş münasibətlərini” inkişaf etdirir, ancaq Fələstinin müstəqilliyi məsələsində daha ədalətli mövqe tutmağa hazır olan İsraili “işğalçı” adlandırmaqda davam edir. Sərhədlərindən minlərlə kilometr uzaqda Fələstin məsələsində “prinsipial müsəlman mövqeyi” ortaya qoyan İran düz sərhədindəki şiə qardaşlarının qətliamına, şiə-müsəlman torpaqlarının işğalına təkcə göz yummur, həm də işğalçıya bütün dəstəyi göstərir ki, o, işğalı davam etdirsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar