Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİL\VİDEO

Tarix: 31-12-2019 13:35     Baxış: 4200 A- / A+
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Manevr.az xəbər verir ki, aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra nazir ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Sonra Müdafiə naziri səyyar tibb hospitalına baş çəkərək burada müalicə olunan əsgərlərlə və hərbi tibb müəssisəsinin personalı ilə də görüşüb, onları bayramlar münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.

Manevr.az

Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİLVİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar