Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daxili İşlər Nazirliyindən əhaliyə MÜRACİƏT

Tarix: 30-12-2019 19:19     Baxış: 4208 A- / A+
Daxili İşlər Nazirliyindən əhaliyə MÜRACİƏT

Qarşıdan gələn yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!

Manevr.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin vətəndaşlara ünvanlanan müraciətində qeyd edilir ki, bu bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb.

"Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız yaradılmış bu əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar. Bundan başqa, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.

Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar", - müraciətdə vurğulanır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar