Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xəzərin statusuna dair məsləhətləşmələr keçirildi

Tarix: 22-12-2016 22:23     Baxış: 1338 A- / A+
Xəzərin statusuna dair məsləhətləşmələr keçirildi

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan Respublikasını isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti görüşünün Aşqabadda keçirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar