Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ icmasının iki üzvü Xankəndidən deputat olmaq istəyir

Tarix: 30-12-2019 05:57     Baxış: 2159 A- / A+
Qarabağ icmasının iki üzvü Xankəndidən deputat olmaq istəyir

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin iki üzvü 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində eyni seçki dairəsindən namizədliyini irəli sürüb.

Manevr.az koordinat.az-a istinadən xəbər verir ki, İcmanın İdarə Heyətinin üzvü, Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərovdan sonra İcmanın sədri Tural Gəncəliyev də 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Yayılan məlumatlara görə, Tural Gəncəliyev sözügedən dairəni seçdikdən sonra Ceyhun Ələkbərov namizədliyini başqa dairədən verəcəyi barədə qərar qəbul edib. Lakin Ceyhun Ələkbərov Modern.aza- a açıqlamasında məlumatı təkzib edib: “Deputatlığa namizədliyimi lap əvvəldən 122 saylı Xankəndi seçki dairəsindən irəli sürmüşəm. Tarixinə nəzər salsanız görərsiz. Ona görə də dairəmi dəyişmək fikrim yoxdur”.

Ceyhun Ələkbərov digər namizədlərlə olduğu kimi, Tural Gəncəliyevlə də sağlam rəqabət aparacağını qeyd edib: “Konstitusiyamızda qanunla parlamentə seçkilərdə sağlam rəqabət aparmağa icazə verilir. Sağlam rəqabətin aparılması çox normal haldır. Nəinki Tural, Ceyhun üçün, eləcə də, dövlətimiz üçün xeyirli olan nədirsə, o olsun. Eyni dairədən 10-a yaxın şəxs namizədliyini irəli sürüb. Hər kəsə uğurlar arzulayıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar