Xəbər lenti
Tural Turandan Yazıçılar Birliyinə: "Bir güllə bahar olmur"
""Ədəbiyyat qəzeti"nin, "Ulduz" jurnalının, "Dünya ədəbiyyatı" dərgisinin redaksiya heyətinin 90 faizi gənclərdən ibarət olmalıdır. Atalar demiş, bir güllə bahar olmur." Bunu AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turan deyib. O Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının bir sıra üzvlərinin AYB-nin tabeçiliyində olan bir neçə mətbu orqanın redaksiya heyətinə üzv qəbul edilməsinə münasibət bildirərkən bu fikirləri söyləyib.
Manevr.az bildirir ki, Prezident təqaüdçüsü bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarının redaksiya heyətlərinin böyük əksəriyyəti yaşlılardan ibarətdir. Ağsaqqallardan yox, yaradıcılıq potensialı çoxdan bitmişlərdən: "AYB-nin bütün orqanlarında yaşlılar ordusu şaqqıldayan damaqda çürük diş silsiləsi kimi görünür. Yəni, bu gün AYB-nin bütün aparıcı orqanlarındakı "əliçəlikli nəsil" funksiyasız "quru budaq"lardır. Heç bir işə yaramırlar.
Ona görə də bu gün istər birlikdə, istərsə də onun ədəbi orqanlarında ədəbi rəngsizlik hökm sürür. Bu gün AYB-nin ədəbi orqanlarının redaksiya şuraları da əksəriyyət etibarı ilə gənclərdən ibarət olmalıdır.
Hər dərginin redaksiya şurasına bir yox, beş-on istedadlı gənc yazar təyin olunmalı idi. Bunun üçün modern Azərbaycan poeziyasında kifayət qədər istedadlı imza var!
Burada baş redaktorların da günahı böyükdür. Ədəbi mühiti diri saxlayan ədəbi orqanlarla yanaşı, istedadlı gənclikdir. AYB və onun orqanları isə gəncliyin ağzına hər fürsətdə "kalpak" taxmağa çalışır.
Yazıçı Anar təcili istefa verməli, qurultay çağrılmalı və AYB-nin strukturu gəncləşdirilməlidir."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar