Xəbər lenti
Elçibəy rus jurnalisti belə susdurdu: - "Hitleri, Stalini dünyaya müsəlmanlar gətirməyib!"
Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibələ bağlı maraqlı bir xatirə paylaşıb.
Manevr.az moderator.az-a istinadən Aqil Səmədbəylinin paylaşımını təqdim edir:
"Elçibəy prezident olmamışdan öncə rusiyalı jurnalist Dmitri Furman Elçibəydən müsahibə alırmış. Furman Elçibəyə demokratiya ilə bağlı sual verir:
- Cənab Elçibəy, belə bir oturuşmuş qənaət var ki, demokratiya Avropayla, Xristian mədəniyyəti ilə bağlıdır. Müsəlman ölkələrində demokratiya qurmaq çətin işdir...
Elçibəy Furmana etiraz edir:
- Bu, kökündən yalandır. Həm müsəlman, həm də xristian aləmində siyasi inkişafın müxtəlif formaları olmuşdur. Məsələn, demokratik inkişafın Rusiyada Türkiyədən asan olduğu deyilə bilməz. Türkiyədə ilk liberal konstitusiya 1876-ci ildə qəbul edilib və indi bu cəmiyyətin demokratik siyasi sistemi, inkişaf etmiş iqtisadiyyatı var. Rusiyada isə ilk liberal konstitusiya 1905-ci ildə qəbul edilmiş və indi yeni demokratiya yaratmağa çalışır. Demək ki, hər bir xalqın demokratiya quruculuğunda əsaslandığı və bu quruculuğa mane olan amillər var. Müsəlman xalqlarında bunların birincisi xristianlarda olduğundan az, ikincisi isə çox deyil. Unutmayaq ki, müsəlmanlar heç bir zaman ölkələrindən xristianları ispanların mavrları qovduğu kimi qovmayıb. Amma inkivizasiyanı da müsəlmanlar icad etməyib. Hitleri də, Stalini də dünyaya müsəlmanlar gətirməyib!"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar