Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvalı xanımdan Azərbaycanın ən iri bankirinə gələn - SÖYÜŞLÜ BAĞLAMA - FOTO

Tarix: 22-12-2016 16:51     Baxış: 5417 A- / A+
Moskvalı xanımdan Azərbaycanın ən iri bankirinə gələn

İki gündür ki, Rusiya KİV-ləri Moskvadan Azərbaycana konfet bağlaması göndərən, ancaq əvəzində onu içərisinə "Öl, əclaf!” sözləri yazılmış kağızla geri alan qızın əhvalatı barədə yazır.

Moskva sakini Olesya Voronova təxminən 10 gün əvvəl "Pony Express” poçt şirkəti ilə Azərbaycandakı tanışına 9 kiloqram konfet hədiyyə göndərib. Lakin aradan bir neçə gün keçmiş ona zəng vurub deyiblər ki, bağlamanı ünvana çatdırmaq mümkün olmayıb, çünki konfeti gömrükdən buraxmayıblar.

Olesya Voronova yerli poçt bölməsinə gedərək bağlamanı geri alıb, ancaq qutunu açanda görüb ki, kimsə onun içinə "Öl, əclaf!” sözləri yazılmış kağız qoyub. Moskvalı qız bu haqda özünün Facebook səhifəsində yazıb, ona qarğış edən poçt işçisinin nədən belə etdiyini anlamadığını, üzləşdiyi hadisədən sarsıldığını bildirib. Qızın Facebook qeydləri çox keçmədən KİV-lərə yayılıb və böyük qalmaqal yaranıb.

Moskvalı xanımdan Azərbaycanın ən iri bankirinə gələn

"Pony Express” şirkətinin rəhbərliyi Voronova ilə əlaqə saxlayaraq ondan üzr istəyib, kompensasiya verməyə hazır olduğunu, qarğışı yazıb bağlamaya qoyan əməkdaşın kamera görüntülərinə əsasən artıq müəyyən edildiyini və cəzalandırılacağını bildirib. Voronova isə daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, içərisinə qarğış yazılıb qoyulmuş konfet bağlamasını qəbul etmək istəmir və onu həmin qarğışı yazana bağışlamaq istəyir. "Mən bu konfeti qəbul edə bilmərəm, onu kilsəyə də bağışlamaq istəmirəm, çünki qarğış ediblər”-Voronova bildirib.

Moskvalı xanımdan Azərbaycanın ən iri bankirinə gələn

Bəs moskvalı qız konfet bağlamasını Azərbaycanda kimə göndərirmiş? Voronova məsələyə bu gün aydınlıq gətirib, bildirib ki, onun cəmi 60 min rubl verib aldığı 9 kiloqram konfeti Azərbaycanın ən iri bankının idarə heyətinin sədrinə göndərmişdi. "Əvvəlcə elə bildim ki, bu qarğışı mənə edibər. Ancaq sonra başa düşdüm ki, onu bağlamanı ünvanladığım şəxsə yazıblar. Elə adamlar var ki, milli azlıqları xoşlamır. Mənim dostum Azərbaycanın ən iri bankının idarə heyətinin sədridir. Adamın hər şeyi var, mən ona uşaqlığından bir parçanı bağışlamaq istədim. Bu konfet markasından Azərbaycanda yoxdur. Mən bağlamanı bankın ünvanına göndərmişdim, görünür bağlamamı ələ salan həmin adam konfeti kimə göndərdiyimi ünvandan başa düşüb”-Voronova deyib. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar