Xəbər lenti
Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi açıldı
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olub.
Manevr.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, hər il 28 dekabr tarixində Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilməsi barədə qəbul edilən sərəncam dövlət başçısının Azərbaycan vəkilliyinə göstərdiyi ali diqqətin və sonsuz töhfənin təzahürüdür.
Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 185/Səməd Vurğun küçəsi, 32 kəsişməsində yerləşən inzibati binada artıq bu gündən etibarən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayıb.
Vətəndaş məmnunluğunun və peşəkar hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi məqsədilə ötən müddət ərzində hazırkı inzibati bina müasir standarlara uyğun təmir olunaraq tam şəkildə mebel, kompüter, printer, məişət və digər zəruri avadanlıqlarla təmin edilmişdir ki, bu işlər Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına görülüb.
Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilmişdir.
Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 98.849,09 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin Vəkillər Kollegiyası tərəfindən təyinatı üzrə daha qənaətlə və səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə təmir işlərinə ümumilikdə ƏDV daxil 44.781 manat vəsait xərclənib. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel, kompüter, printer və məişət avadanlıqları ilə təmin edilməsi üçün ƏDV daxil 73,002,14 manat vəsait xərclənib.
Hazırda sahəsi 253,4 kv.m olan həmin inzibati binada konfrans zalı, rəhbər otağı, konfidensial otaq, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik sahədə qəbul masaları ilə, müvafiq iş otağı, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə Mərkəz ilə əlaqəli şəkildə regionda fəaliyyət göstərən vəkillər üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sistemi nəzərdə tutulub.
Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin edəcəkdir.
Daha sonra tədbir iştirakçıları Hüquqi Yardım və Tədris Mərkəzinin inzibati binasında yaradılmış şəraitlə əyani şəkildə tanış olublar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar