Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

2020-ci il Bakı ilə Kiyev arasında yeni mərhələ olacaq - Səfir

Tarix: 25-12-2019 20:47     Baxış: 2182 A- / A+
2020-ci il Bakı ilə Kiyev arasında yeni mərhələ olacaq - Səfir


2020-ci il Azərbaycan ilə Ukrayna arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.


Manevr.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfir qeyd edib ki, həm Azərbaycan, həm də Ukrayna ölkələrimiz arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. Bu münasibətlərin mövcudluğu faktının özü isə ölkələrimizin üzərinə bir çox sahələrdə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək və dərinləşdirmək öhdəliyini qoyur.

Bundan ötrü bütün ilkin şərtlər, xüsusən də daim mövcud olan siyasi dialoq, ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün ciddi potensial vardır.

Azərbaycan diplomatı deyib: “Azərbaycan Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə rəsmi səfərinə böyük əhəmiyyət verir. Bu səfər çərçivəsində geniş məsələlər spektri, o cümlədən əmtəə dövriyyəsinin artımı ilə bağlı məsələlər müzakirə olunub. Energetika, nəqliyyat, kənd təsərrüfatı və digər qarşılıqlı faydalı istiqamətlərdə əməkdaşlıq ənənəvi olaraq uğurla davam edir. Ölkələrimiz arasındakı münasibətlər dinamik inkişaf mərhələsindədir, aparılan danışıqlardan sonra isə cəsarətlə təsdiqləməyə bütün əsaslar var ki, iqtisadi imkanların genişləndirilməsi və dərinləşdirilməsi prosesi çox qısa müddətdə tamamilə həyata keçəcəkdir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması üçün dövlətlərimizin rəhbərləri tərəfindən maksimal səylərin sərf olunması tapşırılıb.

Onu da qeyd etmək istərdim ki, səfər çərçivəsində təşkil olunmuş Ukrayna-Azərbaycan biznes-forumu hər iki ölkənin işgüzar dairələrinin birgə fəaliyyətinin inkişafında çox mühüm addım olacaq. Bu biznes-forumu iqtisadi əlaqələrin inkişafı işində tarixi zərurət adlandırmaq olar. Çünki forumda təkcə Ukraynadan 90-dan artıq şirkət iştirak edib. Forumun gedişində imzalanmış sənədlər gələcəkdə hər iki ölkənin biznesinə dəstək və zəmanət olacaq”.

A.Xudiyev əmin olduğunu bildirib ki, ticarət platformasının köməyi ilə ikitərəfli ticari-iqtisadi imkanları maksimal şəkildə genişləndirmək və ticarət dövriyyəsini şaxələndirmək mümkündür.

Səfir deyib: “Bizdə olan məlumata görə, hazırda Ukraynada təqribən 3 min hüquqi və fiziki şəxs – Azərbaycan vətəndaşı olan sahibkarlar qeydiyyatdan keçib. Qeyd edim ki, bu göstəricilərə Ukraynanın vətəndaşı olan etnik azərbaycanlı sahibkarlar daxil deyil.

Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyətindən çox şey asılıdır. Təəssüf ki, son bir neçə ildə bu komissiyanın fəaliyyəti yox dərəcəsində olub. Lakin biz hazırda birgə səylərimizlə komissiyanın fəaliyyətinə yeni impuls verəcəyik. Gələn ay komissiyanın iclası olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar