Xəbər lenti
Azər Həsrət deputat olmaq istəyir
“Bu ilin dekabrında Milli Məclisin buraxılması və ardından da 2020-ci ilin 9 fevral tarixinə növbədənkənar seçki təyin edilməsilə biz də marafona qoşulduq. İstər ictimai-siyasi, istərsə də media fəaliyyətimiz nəticəsində qazandığımız təcrübə imkan verir ki, Azərbaycan parlamentində ən fəal deputatlardan biri kimi dövlətimizin xidmətində dayanaq. Özəlliklə də beynəlxalq platformalarda 20 ildən artıq müddətdə Azərbaycan adına uğurlu təmsilçiliyimiz, bir sıra beynəlxalq qurumların üzvü, bəzən də rəhbər orqanlarının təmsilçisi olmağımız imkan verir ki, Milli Məclis üzvü kimi bu faktorlardan dövlətimizin faydası üçün yararlanaq. İndiki şəraitdə – köklü islahatların gedişində tələb edilən çağdaş bacarıqlar – xarici dil bilgisi, yeni kommunikasiya texnologiyalarıyla yüksək səviyyədə iş təcrübəsi bizim deputat kimi fəaliyyətimizin çox uğurlu olacağının əlavə təminatıdır.”
Manevr.az bildirir ki, bu sözləri Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət deyib.
Eyni zamanda uzun illərdir Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan Azər Həsrət bir sıra beynəlxalq jurnalist və insan haqları təşkilatlarıyla uğurlu işbirliyi ilə də seçilir. O, həmçinin ATƏT, Avropa Şurası, Avropa Birliyinin ayrı-ayrı strukturları, UNESCO, NATO kimi dövlətlərarası qurumlarla da işbirliyi təcrübəsinə malikdir. Məhz ona görə də özünün parlamentdə çox faydalı ola biləcəyinə əmindir: “Əminəm ki, islahatların uğurunu təmin etmək üçün buraxılmış Milli Məclisə məhz belə təcrübəsi olanların seçilməsi gözlənilən nəticəni verəcək. Bu, günün tələbidir. Biz də o tələbə cavab verdiyimiz üçün seçkiyə qatılırıq”.
Qeyd edək ki, Azər Həsrət həm siyasi, həm ictimai, həm də jurnalist fəaliyyətilə daim gündəmdə olub. Həm milli, həm də beynəlxalq-xarici platformalarda geniş seçki təcrübəsinə malikdir. O, əsasən də milli maraqlara, Azərbaycan dövlətinə hücumlar zamanı ən fəal şəkildə meydanda olmasıyla diqqət çəkir. İngilis, rus, türk dillərində sərbəst şəkildə danışır.
Şəxsən özünün təsdiqlədiyi məlumata görə, Azər Həsrət namizədliyini doğma rayonu Xaçmazdan – 55 saylı dairədən irəli sürməyə qərar verib. O, bugünlərdə DSK-ya bildiriş təqdim edəcəyini deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar