Xəbər lenti
Payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb
Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb.
Məlumata görə, Nazirliyin EKTİS-in tətbiqinə məsul qurumlarının nümayəndələrindən ibarət mobil heyət üç həftə ərzində respublikanın 50-dən artıq rayonunda görüşlər keçiriblər. Noyabrın 29-dan start verilən görüşlərə Qusar rayonunda yekun vurulub.
Qusar rayon icra hakimiyyətində fermerlər, icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, EKTİS-in tətbiqi qrafik üzrə davam edir: "Bugünədək 50-dən çox rayonda EKTİS-in tətbiqinə dair izahat, məlumatlandırma işləri aparmış, yeni subsidiya mexanizmini, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat qaydalarını, payızlıq əkinlərin bəyan edilməsi prosedurunu izah edən bukletlər, çap materialları paylamışıq. İlk mərhələnin nəticələrini uğurlu saymaq olar. Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb, EKTİS-də qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı subsidiyaların elektron hökumət üzərindən veriləcəyini nəzərə alsaq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş saymaq olar".
Görüş iştirakçılarına EKTİS-də qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı, payızlıq əkinlərin bəyan edilməsinin vacibliyi, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar