Xəbər lenti
İcra başçısı DANIŞDI - "Seçkiqabağı şou yaradırlar..."
"Tərtər Rayon İcra Hakimiyyətində saxlanılan şəxs yoxdur".
Manevr.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.
İcra Hakimiyyətinin başçısı deyib ki, rəhbərlik etdiyi qurumda Maliyyə Nazirliyi və ya digər hökumət qurumlarının audit-yoxlama aparması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Bizdə heç bir yoxlama aparılmır. Bu barədə yayılan xəbərlərin hamısı yalandır. Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaflıq daim qorunur və bu prosesə şəxsən nəzarət edirəm".
Müstəqim Məmmədov qeyd edib ki, qanun pozuntuları ilə bağlı rayon İcra Hakimiyyəti əməkdaşlarının hər hansı birinin saxlanılması haqda xəbərlər doğru deyil:
"Maraqlı dairələr var ki, onlar seçkiqabağı şou yaradırlar".
Xatırladaq ki, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavinləri - Ramiz Tatarov (həmçinin, YAP rayon təşkilatının sədri) və Lalə Eyyubova saxlanılıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar