Xəbər lenti
Ermənistanda Azərbaycan bayrağı – FOTO

Litvanın 15min.lt saytının müxbiri Skirmantas Malinauskas Ermənistanda olub və ölkə haqqında yazdığı oçerkdə o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Bu barədə Manevr.az virtualaz.org-a istinadən xəbər verir.
Müəllif qeyd edir ki, münaqişə indiyədək tüstülənir”.
“Bu ilin yazında açıq müharibə qızışdı və bütün dünyanın diqqəti buraya cəmlənmişdi. Ermənistanda siz heç bir yerdə aşkar şəkildə asılmış Azərbaycan bayrağı tapmazsınız. “Ararat” konyak zavodu istisnadır.
Doğrudan da, “Ararat” zavodunda konyak çəlləyinin yanında beş ölkənin bayrağı durur. Bunlar Azərbaycan, Fransa, Rusiya, ABŞ və Ermənistan bayraqlarıdır. Bu sırada tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın da bayrağı var. Çəllək və bayraqlar buraya 1994-cü ilin may ayında, Bişkəkdə Dağlıq Qarabağda atəşkəs haqqında saziş imzalanan zaman qoyulub.
Deyilənə görə, çəllək münaqişə sülh yolu ilə bitən zaman açılacaq. Lakin çətin ki, bu, yaxın zamanlarda baş versin”, – Malinauskas qeyd edir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar