Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərov: “Sahibkarlara sığorta mədəniyyətini mənimsətdirsək, gələcəkdə belə problemlər az olar" - VİDEO

Tarix: 17-12-2019 11:06     Baxış: 3189 A- / A+
Kəmaləddin Heydərov: “Sahibkarlara sığorta mədəniyyətini mənimsətdirsək, gələcəkdə belə problemlər az olar" - VİDEO


Son günlər ticarət mərkəzləri və bazarlarda baş verən yanğın hadisələri mülk və obyektlərin sığortalanması məsələsini yenidən gündəmə gətirib. Xüsusən ticarət obyektlərində yanğın nəticəsində mülkləri yanan sahibkarlar, mağaza sahibləri dəymiş ziyana görə müxtəlif instansiyalara üz tutur, dövlətdən kompensasiya istəyirlər. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da son vaxtlar aktuallaşan obyekt və mülklərin sığortalanması məsələsinə toxunub.

Manevr.az-ın məlumatına görə, nazir FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə bildirib ki, təkcə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti deyil, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, digər nəzarət qurumları müvafiq orqanlarla birgə sığorta məsələlərinə çox böyük diqqət yetirməlidir.

Fövqəladə Hallar naziri deyib ki, dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur: “Dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara möhtərəm Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur. Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır, bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır”.

Fövqəladə Hallar naziri əsas məsələnin insan təhlükəsizliyi olduğunu vurğulayıb: “Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində çox şükürlər olsun ki, insan həyatına təhlükə yaranmayıb, insanları xilas ediblər. Ancaq yanğında insanların mülklərinə, əşyalara zərər dəyib. Əgər sığorta mədəniyyətini həm orta, həm xırda sahibkarlarımıza mənimsətdirsək, gələcəkdə belə problem, ümumiyyətlə, olmamalıdır, olsa da, sayı az olmalıdır. Heç kim heç bir şeydən sığortalanmayıb. Heç kim də təminat verə bilməz ki, istismara qəbul edilmiş hər hansı ticarət obyektində, yaxud evdə bu və ya digər səbəbdən hadisə baş verməyəcək. Ona görə də əhali, iş adamları özləri də diqqətli olmalıdır. Bəzən biçilməmiş taxıl əraziləri yandırılır. Nədən olur bu? Biçilmiş ərazilər yandırılır, sonra da yanğın biçilməmiş ərazilərə keçir. Bu, həm il ərzində çəkilmiş zəhməti yerə vurur, eyni zamanda oradan keçən infrastruktur qurğularına da zərər dəyir. Gələcəkdə biz gərək bu məsələləri daha çox maarifləndirmə, nəzarətin gücləndirilməsi və digər formalarda əhalimizə çatdıraq. Gərək nəzarət qurumlarımız, həm bizim nazirliyimiz, həm də bilavasitə bu işlərlə məşğul olan digər qurumlar tərəfindən bu məsələlər tam şəkildə aydınlaşdırılsın, əhali maarifləndirilsin. Görürsünüz ki, digər ölkələrdə aylarla söndürülə bilinməyən meşə yanğınları, dağlıq ərazilərdə yanğınlar olur. Yanğınsöndürənlərin, bizim də yadındadır ki, bəzi yerləri qəsdən yandırırlar. Meşələrdə ağacları kəsib, izi itirmək üçün belə əməllərə əl atırlar. Bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Niyə yandı, necə yandı? Hər halda mətbuat orqanlarının da diqqətinə çatdırmaq istərdim ki, bu və ya digər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi, yaxud digər hüquq-mühafizə orqanları tərəfindən rəy verilmədikcə öz bildiklərini, öz düşündüklərini kimə necə lazımdırsa, öz kanallarında, saytlarında yazarkən bir az diqqətli olsunlar”./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar