Xəbər lenti
Azərbaycan-Rusiya sərhədində körpünün açılış tarixi məlum olub
Azərbaycan-Rusiya sərhədində Samur çayının üzərində körpünün açılış tarıxi məlum olub.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimindəki çıxışında bildirib. Onun sözlərinə görə, Samur çayı üzərində körpünün açılışı dekabrın 24-də baş tutacaq.
Səfir Samur çayı üzərində körpünün açılması hadisəsini ikitərəfli münasibətlərin genişləndirilməsinin nəticəsi adlandırıb: “Dekabrın 24-də körpünün açılmasının planlaşdırılması Rusiya üçün olduğu kimi Azərbaycan üçün də çoxdan gözlənilən hadisə idi, Rusiya və Azərbaycan arasında münasibətlər çox müdrik, məqsədyönlü və çox yaxşı inkişaf edir. Ümid edirəm ki, hər zaman belə olacaq”.
Manevr.az xəbər verir ki, apa-nın Moskva müxbirinə müsahibəsində səfir Polad Bülbüloğlu Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində tikilən körpü layihəsinin tarixi haqqında danışıb və bildirib ki, körpünün tikilməsi məsələsi bir neçə il hökumətlərarası komissiyanın, parlament komissiyalarının üzvləri arasında müzakirə olunub: “Yekunda qərar dövlət başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi sayəsində qəbul olunub. Bundan sonra layihə çox tez həyata keçirilib. 24 dekabrda planlaşdırılan möhtəşəm açılış təkcə bir hadisə deyil: körpü ticarət dövriyyəsinin intensivləşməsinə xidmət edəcək. Məlumdur ki, ticarət dövriyyəmiz artır və nəticədə yük daşınması artır. Orada ayrıca avtomobillər və avtobuslar üçün gömrükdən keçməkdən ötrü daha rahat şərait yaradılacaq”.
Diplomat körpünün açılmasının iki ölkənin daha da yaxınlaşmasına səbəb olacağını vurğulayıb: “Səbirsizliklə Azərbaycan ilə Rusiya arasındakı Samur çayı üzərindəki körpünün açılmasını gözləyirik”.
P.Bülbüloğlu körpünün açılış mərasimində Rusiya tərəfindən İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirak edəcəyini, Azərbaycan tərəfinin də yüksək səviyyədə təmsil olunacağını söyləyib.
Qeyd edək ki, Samur çayı üzərində körpünün tikilməsi haqqında layihə 2013-cü ilin avqustunda Azərbaycan və Rusiya hökumətləri arasında imzalanıb. Yeni körpü indiyə kimi mövcud olan, 1957-ci ildə tikilən körpünü əvəz edəcək. Yeni körpünün uzunluğu 325,3 metr, eni isə 17,5 metrdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar