Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onlar növbədənkənar seçkidə deputatlığa namizəd olmayacaq

Tarix: 12-12-2019 10:03     Baxış: 4346 A- / A+
Onlar növbədənkənar seçkidə deputatlığa namizəd olmayacaq


Xəbər verildiyi kimi, ölkə başçısı dekabrın 5-də "Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Manevr.az-ın məlumatına görə, ali qanunverici orqana son çağırış seçkilərdə (2015-ci il) mandat qazanan bir xeyli deputatın növbədənkənar seçkilərdə iştirak etməyəcəyi artıq dəqiqləşib. Onların arasında 83 yaşlı Zeynəb Xanlarovanın, 82 yaşlı Ağacan Abıyevin, 80 yaşlı Yaqub Mahmudovun adları var.
Bundan başqa, sırf yaş faktoruna görə, Elxan Süleymanovun (79 yaş), Xanhüseyn Kazımlının (77 yaş), Rafiq Məmmədhəsənovun (74 yaş), Hüseynbala Mirələmovun (74 yaş) deputat olmayacağı da qətiləşib.

Növbədənkənar parlament seçkilərində Milli Məclisin son çağırış üzvlərindən Əliağa Hüseynovun, Flora Qasımovanın, Mirkazım Kazımovun, Mirzəcan Xəlilovun da namizəd olmayacağı gözlənilir.

Bundan başqa, deputat mandatını girov qoyduğu üçün böyük qalmaqala səbəb olan və noyabrda millət vəkilliyindən istefa verən Rafael Cəbrayılovun, Lerikdəki "Relax" istirahət mərkəzində vergi əməkdaşlarını döydüyü üçün oğlu və bir neçə qohumu həbs olunan İqbal Məmmədovun, həmçinin oğlu Həbib Axundovun adı yüz minlərlə manatlıq borc skandalında hallanan Elmira Axundovanın, davamlı şəkildə qalmqallı xəbərlərlə gündəmə gələn Əsabil Qasımovun da namizədliklərini irəli sürməyəcəyi bildirilir.

Namizəd olmayacaq deputatlar arasında İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri olmuş Kərəm Həsənovun qardaşı Malik Həsənovun, biznes fəaliyyətilə məşğul olan Mahir Aslanovun, Milli Məclisin buraxılmasının əleyhinə səs verdiyi deyilən Arif Rəhimzadənin, sabiq müsavatçı və tarixçi Musa Qasımlının, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun da adları çəkilir.

Bundan başqa, Milli Məclisin son tərkibində gənc millət vəkili olanlardan bəzilərinin də namizədliyini irəli sürməyəcəyi deyilir.

Xatırladaq ki, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılov ən cavan deputat idi. Onun mandat alarkən (2005-ci il) cəmi 29 yaşı vardı.

Milli Məclisin ikinci ən gənc üzvü isə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyev sayılır. Hazırda 36 yaşındadır.

Üçüncü ən gənc millət vəkili 1982-ci il il təvəllüdlü Ülviyyə Həmzəyevadır.

Milli Məclisin digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri isə 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.

Əldə etdiyimiz məlumata görə, cavan deputatlardan N.Həmzəyevin növbədənkənar parlament seçkisində namizəd olması şübhə altındadır./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar