Xəbər lenti
“Bu qətlin arxasında böyük güclər dayanır”
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı təşkil edilən sui-qəsd faktına münasibətini açıqlayıb.
Manevr.az xəbər verir ki, Fazil Mustafaya görə, səfirin ölümü ilə nəticələnən hadisə böyük güclərin Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün düşündüyü variantdır: “Yaxşı ki, hər iki dövlət tərəfindən məsələyə soyuqqanlı və əqlisəlim münasibət bildirildi. Əks halda bu, konfliktə çevrilə bilərdi. Şükürlər olsun ki, hadisə Türkiyə ilə Rusiyanın münasibətlərinin pozulduğu vaxtda baş vermədi. Heç kəsdə şübhə yeri qalmadı ki, artıq təyyarə qalmaqalı və başqa məsələlər bilavasitə münasibətin pozulması üçün nəzərdə tutulmuşdu”.
Onun fikrincə, hər iki dövlət ortaya anlayışlı münasibət qoymağa çalışmalıdır: “Elə etməlidirlər ki, bundan sonra hər hansı problemlər yaşanmasın. Türkiyəyə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. Rusiya səfirinin öldürülməsi Türkiyənin ağır vəziyyətinə gətirib çıxarılmasını hədəfləyən bir addımdır. Yaxşı ki, Rusiya tərəfindən gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər. Hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir”.
Fazil Mustafa hadisənin fərdi aksiya olması barədə versiyanı inandırıcı saymır: “Bu, bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Tək adam o formada sui-qəsd təşkil edə bilməzdi. Terror varsa, arxasında müxtəlif dövlət və maraqlar durur. Fərdi qaydada heç vaxt terror həyata keçirilmir. Rusiyalı səfirin hansı məkana gedəcəyi dəqiq məlumat əldə olunandan sonra əməliyyata start verilib. Bunun başqa adı yoxdur. Bu sui-qəsdi fərdi aksiya və ya narazılıq kimi qiymətləndirmək doğru deyil. Bir daha qeyd edirəm ki, bu, dindarlıq, narazılıq məsələsi deyil, sadəcə beynəlxalq güclərin təşkil etdiyi terror aktıdır. O da gerçəkləşdirildi. Məhz Rusiya səfirinin seçilməsi səbəbsiz deyil. Türkiyə, Rusiya və İran xarici işlər nazirləri arasında Moskvada keçirilən Hələb görüşündən bir gün öncə belə hadisənin baş verməsi düşünülmüş addımdır”.
Hadisənin Rusiya tərəfindən planlaşdırılması versiyasına gəlincə, deputat hesab edir ki, Rusiya öz səfirini öldürüb prestijinə zərbə vuracaq addım atmaz.
Qeyd edək ki, dünən Mövlud Mərd Altındaş adlı şəxs Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu rəsm sərgisində güllələyərək öldürüb.(teleqraf)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar