Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovdan Oqtay Gülalıyevin oğluna CAVAB: “Məni kimsə təhdid etmir"

Tarix: 11-12-2019 08:12     Baxış: 3235 A- / A+
Mübariz Mənsimovdan Oqtay Gülalıyevin oğluna CAVAB: “Məni kimsə təhdid etmir"

“Bir az əvvəl mənə bir yazı göstərdilər. Oqtay bəy Gülalıyevin oğlu paylaşım edib və ehtimal edir ki, guya, məni onun atasına yardım göstərməmək üçün təhdid ediblər. Əziz qardaşım! Əvvəla, Allah sənin atana can sağlığı versin. İkincisi, real vəziyyət düşündüyün kimi deyil. Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, mən Allahdan başqa heç kimdən və heç nədən qorxmuram. Məni kimsə təhdid də etmir”.

Bu fikirləri “Palmali” Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyədə komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevə kömək etmədiyi barədə iradlara cavab verərəkən bildirib. M.Mənsimov Oqtay Gülalıyevin oğlunu gerçəkliyi olduğu kimi qəbul etməyə çağırıb:

“Sadəcə, gerçəkliyi olduğu kimi qəbul etməyi bacarmaq lazımdır. Mən köməyimi təklif etdikdən sonra xəbər gəldi ki, Heydər Əliyev Fondu Oqtay bəyin müalicəsini öz üzərinə götürüb. Dövlət Oqtay bəyə sahib çıxdı və mənim göstərəcəyim yardımdan bəlkə də artığını etdi. Bir işi dövlət öz öhdəsinə götürürsə, qorxmağa və ya çəkilməyə lüzum yoxdur. Bəli, mən də təyyarə göndərəcək idim, Oqtay bəyi xəstəxanaya yerləşdirəcək idim. Allah razı olsun, bunların hamısını dövlət etdi. Dövlət bu işi öz üzərinə götürdükdən sonra bütün lazımı prosedurlar həyata keçirildi. Naşükürlük etmək lazım deyil. Burada başqa niyyət yoxdur və ola da bilməz. Həkimlərin məsləhətlərinə əsasən, addım atmaq lazımdır. Siz Oqtay bəyi başqa olkəyə də aparsanız, eyni vəziyyətlə qarşılaşacaqsınız. Sizin ağrı-acınızı anlayıram. Heç kim sevdiklərini bu vəziyyətdə görmək istəməz. Amma reallıq var. İndi ümid sadəcə Allahadır. Bəndədə ümid axtarmayın. Bu məsələni siyasiləşdirmək və bunun ətrafında manipulyasiya etmək düzgün deyil. Həqiqəti demək lazımdır. Mən hər zaman deyirəm: mən siyasətçi deyiləm. Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur. Bir-birimizə ziyan verməyək. Hamının məqsədi odur ki, Oqtay bəy tezliklə sağalıb ayağa qalxsın. Bu qədər yaxşılığı boşuna çıxarmaq düzgün deyil. Xəstəxananı bəyənmədilər, dəyişdirdilər və istədikləri tibbi müəssisəyə yerləşdirdilər. Həkimi istəmədilər, müalicəni mənim ailə həkimim davam etdirdi. Nə lazımdırsa, hər şey yüksək səviyyədə təşkil və təmin olundu. Bundan sonra bizə yalnız gözləmək və dua etmək qalır. Bu qədər insanın və həkimlərin əziyyətini yerə vurmaq da insafsızlıq olardı. Hər şey Allahın hökmündədir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar