Xəbər lenti
"Bizə əmanət olan səfiri kürəyindən vurdular"

Bizə əmanət olan səfiri kürəyindən vurdular. Bu, alçaqların əməlidir.
Bunu bu gün Avrasiya tunelinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Qətli törədənin əlaqələri araşdırılır və yavaş-yavaş üzə çıxır. Türkiyənin 2023-cü il hədəflərindən uzaqlaşdırmaq, dünyanın ən güclü 10 ölkəsindən biri olmasının qarşısını almağa çalışırlar".
Ərdoğan qeyd edib ki, dağlarda məğlub olan terrorçular şəhərlərə, küçələrə eniblər: "Türkiyəni bir əsr sonra ya olum, ya ölüm nöqtəsinə gətirənlər yaxın vaxtlarda səhv etdiklərini anlayacaqlar".
Türkiyə prezidenti bildirib ki, hər zaman məzlumların yanında olacaqlar: "Suriyada terrora qarşı mübarizə aparırıq, Hələbdən məzlumları biz çıxarır, İdlibə yerləşdiririk. Lazım olsa, onları Türkiyəyə gətirəcəyik. Hazırda 2,7 milyon qaçqın var, lap 3 milyon olsun. Əcdadlarımız hər zaman məzlumların yanında oldu, biz də məzlumların yanında olacağıq".(apa)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar